AZ

ABŞ raketləri Rusiyanın dərinliyində “işə başladı”

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tramp Pentaqona və kəşfiyyat agentliklərinə Ukraynaya Rusiyanın dərinliklərinə zərbələrdə kömək etməyə icazə verən sərəncam imzalayıb. Tramp administrasiyası ilk dəfə Ukraynaya uzaqmənzilli zərbələrdə kömək edəcək. Təbii ki, “dərinliklər” deyərkən, söhbət neft emalı zavodlarından, neft/qaz kəmərlərindən, elektrik stansiyalardan və hərbi obyektlərdən gedir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O xatırladıb ki, Trampın prezidentliyinin 8 ayı ərzində biz Ukrayna ilə bağlı ritorikanın ən neqativ tonlarından ən pozitiv bəyanatlara qədər, geniş spektrini gördük:

“Bu 8 ay bizə bir dərs verdi: Trampın sözlərinə deyil, əməllərinə qiymət vermək lazımdır:

2 avqust tarixindən etibarən hamımız USQ tərəfindən Rusiya ərazisində yerləşən bir çox obyektə sistematik zərbələri müşahidə edirik. Amma bütün zərbələr dronlar vasitəsilə endirilir, Ukrayna istehsallı dronlarla. 3 gün qabaq isə Belqorod İES-ə zərbə endilirdi və bu zərbəni digər zərbələrdən fərqləndirən o idi, o, dronlarla yox, HİMARS M142 RYAS-dan buraxılan ABŞ istehsallı raketlərlə endirilib.

Bu hadisədə 2 çox önəmli məqam var:

1. ABŞ mətbuatının verdiyi məlumata görə, ABŞ istehsallı raketlərlə Rusiya ərazisinə zərbələrə icazə Pentaqonun rəhbərliyi tərəfindən verilməlidir (bəzi mənbələrə görə, şəxsən hərbi naziri Pit Heqset tərəfindən).

2. Hərbi nazir Heqset Trampa tamamilə loyal və Trampın icazəsi olmadan heç bir addım ata bilməyən adamdır.

Başqa sözlə, bir neçə gün qabaq Rusiya ərazisinə ABŞ istehsallı raketlərlə vurulan zərbələr onu göstərir ki:

a) Zərbələrə şəxsən Tramp icazə verib;

b) USQ-yə kəşfiyyat məlumatların ötürülməsi barədə mediada yayılan xəbər həqiqəti əks etdirir.

Nəticə etibarı ilə ABŞ istehsallı raketlərin Rusiya ərazisində “iş başında” görməyə hazır olun”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
axar.az

3Mənbələr