İtaliyanın mədəni irs rəsmiləri Parmada keçirilən “Dali: İncəsənət və Mif arasında” sərgisindən 21 sənət əsərini saxta olduğundan şübhələnərək müsadirə ediblər...
Poliqon bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.
Müsadirə edilən əsərlər arasında rəsmlər, qobelenlər və qravüralar var idi. Sərgi Palazzo Tarasconi-də açıldı, lakin polis qısa müddət sonra əsərləri müsadirə etdi.
Şübhələr hələ yanvar ayında, Mədəni İrsin Mühafizəsi üzrə Roma Polis Bölməsinin əməkdaşları Romadakı sərgidə müntəzəm yoxlama aparanda yaranıb.
Onlar sərginin ilk növbədə litoqrafiya, plakat və rəsmlərdən ibarət olduğunu, lakin heç bir böyük rəsm və ya digər əhəmiyyətli əsərin olmadığını qeyd etdilər. Sərgi təşkilatçıları Qala-Salvador Dali Fondu ilə əlaqə saxlamayıblar ki, bu da böyük sərgilər üçün qeyri-adidir.
Poliqon.info