AZ

Rusiya sərhədi yaxınlığında keçirilən təlimlərdə beş Norveç hərbçisi itkin düşüb

Rusiya

Rusiya sərhədi yaxınlığında keçirilən təlimlər zamanı beş Norveç hərbçisi itkin düşüb.

APA xəbər verir ki, polis onların tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Məlumata görə əvvəlcə 10 əsgərin itkin düşdüyü bildirilsə də onlardan beşi tapılıb. Belə ki, üçü razılaşdırılmış görüş yerinə gəlib, daha ikisi isə xilasetmə helikopteri tərəfindən aşkarlanıb.

İtkin düşən beş nəfərin arasında həm zabitlərin, həm də çağırışçıların olduğu bildirilir.

Məlumata görə hərbçilər gizli qalmaq bacarıqlarını məşq edirdilər. Əməliyyat qərargahının rəhbəri Hauklанd Hensen bildirib ki, itkin düşmənin ehtimal olunan versiyalarından biri hərbçilərin görüş vaxtını düzgün başa düşməməsi və ya planlaşdırılandan artıq gecikdiyi ehtimallıdır.

Digər versiyalar isə odur ki, onlardan kimsə xəsarət alıb və ya onlar azıb.

Seçilən
7
6
xalqcebhesi.az

10Mənbələr