AZ

Lukaşenko Almaniyaya münasibətlərin bərpasını təklif etdi

BAKI, 3 oktyabr. TELEQRAF

Belarus Almaniyaya sərhəd maneələrini aradan qaldırmaq və iki ölkə arasında münasibətləri bərpa etmək təklifini irəli sürüb.

Teleqraf xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, bu proses asan olmayacaq, lakin belə inkişaf xalqların maraqlarına cavab verir. Lukaşenko həmçinin qeyd edib ki, Almaniyanın 1990-cı ildə birləşməsi müasir Avropa tarixinin ən önəmli hadisələrindən biridir.

Seçilən
8
teleqraf.com

1Mənbələr