AZ

Ona irad bildirəni bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Zamiq Ömərzadənin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttiham aktına görə, hadisə 26 avqust 2024-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” yaşayış massivində qeydə alınıb.


Belə ki, Zamiq Ömərzadə ümumi istifadədə olan açıq ərazidə zərərçəkmiş Malik Bəşirli (adı, soyadı şərtidir) ona düzgün hərəkət etməməsinə irad bildirməsini bəhanə edib. Bu zaman o, əsassız olaraq mübahisə yaradıb, xuliqanlıq niyyəti ilə mətbəx bıçağı ilə Malikə qarşı xüsusi amansızlıq nümayiş edirib. Zamiq bıçaqla bir neçə dəfə zərbə endirərək zərərçəkmişin döş qəfəsinin və qarın nahiyələrinin müxtəlif səthlərində kəsilmiş-deşilmiş yaralar əmələ gətirib. Həmçinin sol bazu və sol körpücüküstü nahiyələrdə yüngül xəsarətlərə səbəb olub. Bir zərbə nəticəsində isə döş qəfəsinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edən, qaraciyər və mədə zədələnməsi ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli hesab olunan ağır xəsarət yaranıb.


Hadisədən sonra Zamiq Ömərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 3 Oktyabr 2025, 09:28   
Seçilən
113
pravda.az

1Mənbələr