AZ

İranda 5,3 ballıq zəlzələ

İranın mərkəzində yerləşən İsfahan əyalətinin Zavareh şəhəri yaxınlığında zəlzələ baş verib.

News365.az İran KİV-nə istinadən xəbər verir ki, zəlzələ İsfahanın Zavareh bölgəsində Rixter cədvəli üzrə 5,3 bal gücündə qeydə alınıb. 
Zəlzələ mərkəzi yerin 10 km dərinliyində olub.

Yeraltı təkanlar İranın paytaxtı və onun cənubunda yerləşən Qum şəhərində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Seçilən
6
6
news365.az

7Mənbələr