63 yaşlı jurnalist Fatih Altaylının məhkəməsi Silivri Açıq Cəza Kompleksindəki 2 nömrəli məhkəmə zalında keçiriləcək.
Altaylı, 20 iyun tarixində YouTube kanalında yayımlanan Fatih Altaylı Yorumluyor proqramındakı açıqlamalarına görə həmin gün saxlanılmışdı.
Ona qarşı “Prezidenti hədələmək” ittihamı irəli sürülüb və ən azı 5 il azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Altaylı isə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqir və ya təhdid xarakterli ifadələr işlətdiyi iddialarını qətiyyətlə rədd edir.