AZ

Paltar yuyarkən edilən ən böyük səhvlər

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu səhvlərdən biri paltarların yuyulmadan əvvəl hazırlanmasının olmamasıdır. Çoxumuz paltar yumağı hələ yeniyetmə vaxtımızdan öyrənmişik.Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, uuma prosesi gündəlik həyatımızın ayrılmaz hissəsidir. Amma buna baxmayaraq, əslində insanların əksəriyyəti bu işdə mütəxəssis deyil.Sanki ən böyük səhv rəngli paltarları ağlarla birlikdə yumaqdır. Ancaq ekspertlərin dediyinə görə, paltarlar çox fərqli səbəblərdən korlana bilər.Çox yuyucu tozdan istifadəJamie’s Journey layihəsinin yaradıcısı Ceymi Adams bildirib ki, yuyucu tozdan həddindən artıq istifadə əks effekt verə bilər nəticədə paltarlar əvvəlkindən daha da çirkli qala bilər. Çünki artıq köpük paltarın üzərində kirlərin ilişib qalmasına səbəb olur. Üstəlik, müasir paltaryuyan maşınlar ekoloji səbəblərə görə əvvəlki modellərə nisbətən daha az su istifadə edir. Ona görə də düzgün miqdarı seçmək xüsusilə vacibdir. Əks halda, ləkələrin çıxması da çətinləşir.Mütəxəssislər tövsiyə edir: təlimatda göstərilən dozanı aşmayın.Yuyucu tozu və ya kapsulları paltarları yüklədikdən sonra birbaşa barabana qoymaq düzgün deyil. Çünki müasir maşınlarda su az olduğu üçün maddələr tam həll olunmur və nəticədə paltar üzərində toz qalıqları qalır. Doğru üsul yuyucu vasitəni əvvəlcədən barabana qoymaqdır.Paltarların əvvəlcədən hazırlanmasıƏgər paltarınızda ləkə və ya xoşagəlməz qoxu varsa, yuyulmazdan əvvəl onu mütləq işləyib hazırlamaq lazımdır. “Beş saniyəlik hazırlıq prosesi sonradan işi xeyli asanlaşdırır. Ləkəyə öncədən işləmə vasitəsi vurun, sonra maşına qoyun”.Ətriyyatların qarışdırılmasıBəzi insanlar paltarlarının qoxusuna çox həssas yanaşır. Amma bir neçə fərqli ətirli vasitədən istifadə edildikdə, paltarların qoxuları bir-biri ilə toqquşa bilər. Təmizlik eksperti Beki Rapinçuk (“Clean Mama”) bildirir: paltaryuyanı heç vaxt doldurmayın. Əks halda, paltarlar tam təmizlənmir, üstəlik, bir-birinə sürtünərək tez aşınır. Bu, həm də quruducu üçün keçərlidir.Parçaları növünə görə ayırmamaqAdətən paltarları rənginə görə ayırırıq. Amma parçaların növünə görə də ayırmaq faydalıdır. Məsələn, dəsmalları yalnız dəsmallarla, cinsləri cinslərlə, çarpayı dəstlərini isə oxşar parçalarla birlikdə yumaq lazımdır. Bu üsul həm parçaların daha yaxşı təmizlənməsini, həm də onların uzunömürlü olmasını təmin edir.Çox yumaq və çox qurulamaqUzun yuma rejimlərindən sui-istifadə etmək olmaz. Bu, paltarların tez köhnəlməsinə səbəb olur.Paltaryuyan maşını təmizləməməkÇox adam paltaryuyanını təmizləməyi unudur. Ceymi Adams məsləhət görür: boş maşını qaynar su və bir stəkan ağardıcı ilə doldurun, bir saat saxlayın, sonra uzun yuma rejimi açın. Sonra eyni prosesi sirkə ilə də təkrarlayın. Əlavə olaraq rezin hissələri də silmək lazımdır.Lazımsız yumaEkspertlər paltarların yalnız bir dəfə geyinildiyi üçün dərhal yuyulmasının vacib olmadığını bildirirlər. Əgər paltar təmizdirsə, sadəcə azacıq ütüləmək kifayətdir.Ağ və rəngli paltarları qarışdırmaqKlassik səhvlərdən biri də budur. Ağ paltarları tündlərdən uzaq saxlamaq lazımdır, xüsusən də yeni alınmış parçalardan boya çıxa bilər.Paltarları dərhal yığmamaqPaltarları yuyulandan dərhal sonra yığmaq lazımdır. Əks halda, qoxu qala bilər və nizam pozular. Yeni yuma prosesinə başlamazdan əvvəl əvvəlki paltarlarınızı yerinə yığmağı vərdiş edin.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
6
bizim.media

7Mənbələr