Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail kəşfiyyat təşkilatı MOSSAD-da işlədiyi müəyyən edilən şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə MİT məlumat yayıb
Bildirilir ki, əsl adı Muhammet Fatih Keleş olan "Serkan Çiçek" nəzarətə götürülüb. Məlum olub ki, o, 4 min dollar qarşılığında İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan bir fələstinlini izləyirmiş. pizza hut
Milli Kəşfiyyat Təşkilatının (MİT) apardığı kəşfiyyat işləri nəticəsində Serkan Çiçeyin İsrail Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqəsi olduğu müəyyən edilib. Çiçek İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan fələstinli fəala casusluq etdiyini etiraf edib./unikal.az
Telegram kanalımız