AZ

Bakıda kafedə insident: 52 yaşlı kişi bıçaqlandı

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında baş verib. 1970-ci il təvəllüdlü Ağa Aydın oğlu Cəfərov 1973-cü il təvəllüdlü Nüsrət Bağman oğlu Həsənovu bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Cəfərov saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Seçilən
15
2
konkret.az

3Mənbələr