AZ

Putin: Rusiya və Hindistan bütün siyasi məsələlərdə addımlarını uzlaşdırır- ÖZƏL

Olaylar.az xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 2-dək Soçidə keçirilən XXII illik "Valday" beynəlxalq müzakirə klubunun iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Nyu-Dehlinin münasibətlərinə toxunub. O bildirib ki, Rusiya və Hindistan arasında dostluq münasibətləri ötən əsrin 1950-ci illərindən bu yana davam edir və heç vaxt dövlətlərarası gərginlik müşahidə olunmayıb.
Putin Hindistanın müstəqillik uğrunda mübarizə apardığı dövrdən başlayaraq SSRİ və daha sonra Rusiya ilə əlaqələrin "xüsusi xarakter" daşıdığını vurğulayıb. O, iki ölkənin siyasi sahədə demək olar ki, bütün məsələlərdə addımlarını uzlaşdırdığını deyib və dekabrın əvvəlində Hindistana gözlənilən səfərini səbirsizliklə gözlədiyini əlavə edib.
Rusiya lideri Hindistanın Baş naziri Narendra Modini "təcrübəli, müdrik və milli maraqları önə çəkən" siyasətçi adlandırıb. Bununla yanaşı, Putin qeyd edib ki, Moskva və Nyu-Dehlinin iqtisadi əməkdaşlıq üçün böyük potensialı olsa da, ticarət balansında disbalans qalmaqdadır. Onun sözlərinə görə, hər iki tərəf bu məsələnin həlli üzərində işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr