AZ

Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan Azərbaycanla əlaqələrin qurulması və bərpasında çox maraqlıdır, çünki o bundan əsas faydalanan tərəflərdən biridir.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına verdiyi müsahibədə bildirib.

“Dəmir yolu əlaqəsindən danışsaq, ekspertlərin qiymətləndirməsinə görə, onun tikintisi, məsələn, ən azı iki il vaxt ala bilər. Amma biz, məsələn, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə edərək, yükləri göndərib qəbul edə bilərik”, - Mirzoyan qeyd edib.

O vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsinin mətni artıq paraflanıb və Ermənistan tərəfi bu sənədi mümkün qədər tez imzalamağa hazırdır.

İş elanları AzVak.az-da

© APA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
12
marja.az

10Mənbələr