AZ

Erməni diplomat saxlanıldı: azərbaycanlı sevgilisinə məlumatlar ötürürmüş

Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın dövlətə xəyanətdə ittiham olunduğu cinayət işi məhkəməyə göndərilib. 

Olaylar.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a ölkənin İstintaq Komitəsi məlumat verib.

Məlumata görə, iş üzrə ilkin istintaq artıq yekunlaşıb.

Arakelyan iyun ayında İrəvanın "Zvartnots" hava limanında saxlanılıb. Hadisə barədə ictimaiyyət yalnız avqustun sonunda məlumatlandırılıb.

İstintaq materiallarına əsasən, Ermənistan XİN əməkdaşı Azərbaycan vətəndaşına mühüm məlumatlar ötürüb. Qeyd edilir ki, Arakelyan həmin şəxs ilə romantik münasibətdə olub.

Hazırda cinayət işi məhkəmənin baxışına təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
1
olaylar.az

2Mənbələr