AZ

İran rəsmisi: “BMT Qəzza böhranı qarşısında iflic olub”

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Səid İrəvani BMT Baş Assambleyasının iclasında çıxış edərək deyib ki, “sionist rejimin cinayətləri” soyqırımı və insanlığa qarşı cinayətlərdir” və BMT Təhlükəsizlik Şurası Qəzza böhranı qarşısında iflic vəziyyətdədir.

O, qeyd edib ki, Təhlükəsizlik Şurası son aylarda altı dəfə Qəzza ilə bağlı qətnamə qəbul edə bilməyib və bu,  ABŞ-nin veto hüququndan dəfələrlə sui-istifadə etməsi ilə bağlıdır. Bu yanaşma Fələstin xalqının hüquqlarına qarşı ciddi ədalətsizlikdir.

İrəvani deyib ki, ABŞ-nin bu addımı beynəlxalq ictimaiyyətin sülh və ədalətə dair iradəsinə və Vaşinqtonun sülh danışıqlarında neytral vasitəçi roluna ziddir. Onun sözlərinə görə, Vaşinqtonun Təl-Əvivə dəstəyi beynəlxalq hüququn pozulmasına şərait yaradır.

Qeyd edək ki, İran diplomatının bu çıxış ABŞ-nin Qəzzada daimi atəşkəsə dair qətnaməyə veto qoymasından sonra keçirilən BMT Baş Assambleyasının iclasında səsləndirilib.

Seçilən
13
veteninfo.az

1Mənbələr