AZ

Rusiyada həbsdəki nazirə yeni cinayət işi açılıb

Rusiyada Açıq hökumət məsələləri üzrə sabiq nazir Mixail Abızova qarşı “xüsusilə böyük məbləğdə dələduzluq” ittihamı ilə yeni cinayət işi qaldırılıb.

“7Times.az” bildirir ki, bu barədə RBC və “Kommersant” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Abızov koloniyadan Moskvadakı istintaq təcridxanasına gətirilib. “Kommersant” yazır ki, bunun üçün Tver məhkəməsi sabiq naziri iki ay müddətinə həbs edib. Hazırda o, “Matrosskaya Tişina” təcridxanasının xüsusi 99/1 blokunda – “kremllə bağlı mərkəz” adlanan bölmədə saxlanılır.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Abızov 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edilmişdi. Məhkəmə onu cinayətkar birlik yaratmaqda (CM-in 210-cu maddəsi) və dələduzluqda (CM-in 159-cu maddəsi) təqsirli bilmişdi. Bundan əlavə, sabiq nazir 80 milyon rubl cərimələnmiş və “Dostluq” ordenindən məhrum edilmişdi.

Qeyd edək ki, keçmiş iş adamı Mixail Abızov 2012–2018-ci illərdə Rusiya hökumətində nazir vəzifəsində çalışıb. O, vətəndaşlarla məmurlar arasında münasibətlərin sadələşdirilməsinə cavabdeh idi. 2019-cu ildə isə Abızov Sibir enerji şirkətlərindən 4 milyard rubl mənimsəməkdə ittiham edilərək saxlanılmışdı.

“AzPolitika.info”

Seçilən
6
1
7times.az

2Mənbələr