ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 3-nə keçən gecə Münhen hava limanında pilotsuz təyyarələrin görünməsi səbəbindən uçuşlar müvəqqəti dayandırılıb.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 3 minə yaxın sərnişinə təsir edən 17 reys dəyişdirilib, daha 15 reys isə digər şəhərlərə – Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.
“Der Spiegel” yazır ki, PUA-lar və onların operatorları tapılmayıb.
Hava limanı yerli vaxtla səhər saat 5-də normal fəaliyyətini bərpa edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.