AZ

Xaçmaz sakinindən 11 kq marixuana götürüldü Video

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
21
axar.az

10Mənbələr