AZ

Dünyanın ən quraq səhrası çiçəkləndi... - VİDEO

Çilidəki Atakama səhrası təxminən bir həftə əvvəlki yağışlardan sonra çiçəklərlə örtülüb.

News24.az xəbər verir ki, çiçəkli səhra (desierto florido) kimi tanınan bu təbiət hadisəsi nadir müşahidə olunan haldır.

Məlumata görə, 200-dən çox bitki növünün olduğu səhrada yağışdan sonra torpaq altında olan toxumlar cücərərək çiçəkləyib.

Nəticədə dünyanın ən quraq səhrasına gələn turistlər və alimlər gözəllik qarşısında heyran qalıb. Ziyarətçilər bu anları ölümsüzləşdirmək üçün kameralarla səhraya axışıb.  

Bildirilib ki, bitkilər qısa müddətə çiçək açır və sonra hər şey yağışdan əvvəlki vəziyyətinə qayıdır.

Qeyd edək ki, oxşar hadisə ötən il də yaşanıb. Belə ki, səhrada 2015-ci ildən bəri belə hal müşahidə olunmadığı üçün bu çiçəklənmə böyük maraqla qarşılanmışdı. Hələ ötən il açıqlanan məlumata görə Çili Papa Katolik Universitetinin 2022-ci il təhlilində son 15 ildə təxminən 40 çiçəklənmənin baş verdiyi bildirilmişdi. (Qafqazinfo)


Seçilən
58
3
news24.az

4Mənbələr