Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyana qarşı cinayət işi məhkəməyə göndərilib. 32 yaşlı Arakelyan dövlətə xəyanət ittihamı ilə təqsirləndirilir.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinə istinadən "Sputnik Ermənistan" yayıb.
İddiaya görə, XİN əməkdaşı vacib məlumatları sevgi münasibətləri yaşadığı Azərbaycan vətəndaşına ötürüb.
Arakelyan iyun ayında hava limanında saxlanılıb, lakin hadisə barədə məlumat avqustun sonunda yayılıb.
İbtidai istintaq artıq yekunlaşıb və iş məhkəməyə təqdim olunub.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
