AZ

Qəzza məhv olmaq təhlükəsi ilə üz-üzə – İsrail son xəbərdarlığını etdi

Qəzza tamamilə məhv ola bilər.

Musavat.com xəbr verir ki, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl açıqlama verərək bildirib ki, Qəzza sakinlərinin şəhəri tərk etmək üçün son şansı qalıb. Onun sözlərinə görə, orada qalan hər kəs İsrail hakimiyyəti tərəfindən döyüşçü və terrorçulara yardımçı kimi qiymətləndiriləcək.

Qəzet qeyd edir ki, ötən il Qəzzanın tədricən bərpa olunacağına dair ümidlər mövcud idisə, indi dağıntılar o qədər genişlənib ki, bir çox ərazilərin sıfırdan yenidən qurulması zəruridir.

Məlumata əsasən, anklavın 80%-dən çoxu fələstinlilərin girişinə qadağan olunmuş zonaya çevrilib və həmin ərazilərin yarısı tamamilə məhv edilib.

Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr