Yəmənin Ədən şəhərində 58 konteyner hərbi texnika ələ keçirilib.
“7Times.az” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Yəmənin cənubunda husilərə düşmən olan Ədən şəhərinin səlahiyyətliləri İrandan göndərilən və Sənada “Ənsar Allah” üçün nəzərdə tutulan 2500 ton hərbi texnikanın olduğu 58 konteynerin ələ keçirildiyini bildirib.
Müsadirə edilən avadanlıqlar arasında raket buraxılış qurğuları, pilotsuz uçuş aparatları, raket mühərrikləri və digər çoxsaylı hərbi avadanlıqlar olub.
Yəmən rəsmiləri əməliyyatı “böyük təhlükəsizlik nailiyyəti və husilərə ağrılı zərbə” adlandırıb.
“AzPolitika.info”