AZ

Kitablarına ən çox qadağa qoyulan yazar oldu

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ məktəblərində ən çox qadağan olunmuş müəlliflərin adı açıqlanıb.

Axşam.az xəbər verir ki, qorxu janrında yazdığı romanlarla məşhurlaşan amerikalı yazar Stiven Kinq həmin siyahıda liderlik edir. Bu barədə “PEN America” qeyri-kommersiya təşkilatının hesabatında deyilir.

Təşkilatın məlumatına görə, 2024-2025-ci tədris ili üçün ABŞ-da 6800-dən çox kitab geri çağırılıb. Bu qadağaların 80 faizi üç ştatda baş verib: Tennessi, Texas və Florida. Hesabatda qeyd olunur ki, Stiven Kinqin əsərləri, o cümlədən “The Stand” və “Carrie” 206 dəfə senzuradan keçib.

Entoni Börcessin "Mexaniki portağal" kitabı da ABŞ məktəblərində ən çox qadağan olunmuş kitabdır. Buna səbəb kitabdakı zorakılıq səhnələri və irqi mövzular olub.

ABŞ məktəblərində əsərlərinə ciddi məhdudiyyətlərlə üzləşən müəlliflərin reytinqinə Patrisiya Makkormikin “Satıldı”, Cudi Blumun “Əbədi” və Cennifer Nivenin “Nəfəssiz” əsərləri də daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
axsam.az

2Mənbələr