AZ

İctimai yerlərdə telefonların şarj edilməsi təhlükəlidir

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Smartfonları hava limanları, ticarət mərkəzləri və digər ictimai yerlərdə yerləşən ümumi USB şarj stansiyalarında enerji ilə təmin etmək təhlükəli ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu tip yerlərdə olan USB portlar vasitəsilə kibercinayətkarlar zərərli proqram təminatını cihazınıza yerləşdirə və şəxsi məlumatlarınızı oğurlaya bilərlər.

Məlumata görə, kibercinayətkarlar gizli aparatları fleş disk və ya klaviatura kimi maskalayaraq şarj cihazına inteqrasiya edə bilərlər. Bu zaman istifadəçi xəbərsiz şəkildə zərərli proqramların quraşdırılmasına və ya məlumatların oğurlanmasına məruz qala bilər.

Qeyd olunub ki, xüsusilə uzun müddət təhlükəsizlik yeniləmələri almayan köhnə telefonlar bu hücumlara qarşı daha həssas olur. Əgər cihazın ekranında naməlum şəkildə icazə sorğuları görünürsə, bu potensial təhlükənin göstəricisi ola bilər.

Bu cür risklərdən qorunmaq üçün şəxsi portativ enerji mənbələrindən (powerbank) istifadə etmək və telefonun proqram təminatını mütəmadi olaraq yeniləmək tövsiyə olunur.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
bakivaxti.az

1Mənbələr