AZ

Aleksey Overçuk Azərbaycana gələcək

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, Overçukun Bakıya səfəri oktyabrın 13-14-də nəzərdə tutulub, hazırda səfərin detalları razılaşdırılır.

Mənbənin bildirdiyinə görə, Overçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub.

İran tərəfini isə üçtərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiqin təmsil edəcəyi bildirilib. (APA.az) 


Seçilən
35
32
news24.az

10Mənbələr