Dünya bazarında qızılın qiymətinin bahalaşması yerli bazarda qiymətli metalın dəyərini artırmaqla bərabər tələbatı kəskin azaldıb. Qızıl satışı mərkəzləri ciddi böhranla qarşılaşıblar.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, dövriyyənin aşağı düşməsi səbəbindən Mərkəzi Univermaqda (MUM) 21 qızıl köşkü fəaliyyətini dayandırıb. Sahibkarların qərarına səbəb aylardır məhsullarının vitrində qalmasıdır. Bir sıra hallarda isə zinət əşyaları maya dəyərindən ucuz satılması məcburiyyətidir:
"Həmişə get-gəlli olan, alıcı qaynayan univermaqda demək olar ki, satıcılardan başqa kimsə yoxdur. Milyonlarla malımız vitrinlərdə qalıb", - deyə məlumatlı mənbə bildirdi.
Verilən məlumata görə, hazırda lüks zərgərlik dünyasına məxsus "Victoria", "Butterfly", "Divas Dream", "Magic Alhambra" brendlərin sifarişi bazarında müəyyən qədər dövriyyə var.