Bakının Nərimanov rayonunda evlərin birindən oğurluq olub.
Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Zərərçəkən şəxs polisə müraciət edərək evindən 2000 avro, 100 dollar və 2700 qriven (113 manat) və 500 manat dəyərində qızıl-zinət əşyasının talanmasını bildirib. Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Qəbələ rayon sakini Y.Qrestsenyuk müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.