AZ

Rus ordusu Verbove kəndində məğlub olub

Rus

Ukrayna hərbçiləri Rusiya ordusunun Dnepropetrovsk vilayətinin Verbove kəndini ələ keçirməsi ilə bağlı iddiaları rədd edib.

Reyting.az
-ın məlumatına görə, Ukrayna ordusunun 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadasının (110-cu SMBR) Telegram kanalında bildiriblər ki, Verbove öz döyüşçülərinin nəzarətindədir.

“Düşmən guya 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadanın məsuliyyət zonasında olan Verbove kəndinin ələ keçirilməsi ilə bağlı bəyanat verib və təbliğat videosu yayıb. Bu məlumat həqiqətə uyğun deyil. Düşmənin təxribat-kəşfiyyat qrupu Verbove ərazisinə sızaraq bayraq vurduqdan sonra bölmələrimiz tərəfindən məhv ediliblər”,- məlumatda bildirilir.

Qeyd olunur ki, 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri kəndə daxil olub, düşmənin yerdə qalan qüvvələrini məhv edib, kəndi təmizləyiblər.

“Verbove 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadanın nəzarəti altındadır”, - briqada qeyd edib.

Qeyd edək ki, sentyabrın 22-də Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk vilayətinin Kalinovskoye kəndinin nəzarətə götürüldüyünü bildirsə də, Ukrayna Silahlı Qüvvələri bunu təkzib edib.

V. QULİYEV

Seçilən
12
1
reyting.az

2Mənbələr