AZ

Su tariflərindəki differensiallaşma aşağı gəlirli təbəqəni qoruyacaq ADSEA

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda su tariflərində differensiallaşma aşağı gəlirli təbəqəni qorumağa xidmət edəcək.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, tarif bütün kommunal strukturların ən həssas mövzularından biridir, əsasən istismar xərclərinin qarşılanmasına yönəlir: "Tariflərin tətbiqi yalnız qəza və layihələrin icrası ilə bağlı deyil. Burada əsas məsələ nəql edilən suyun bir nöqtədən digərinə daşınması üçün yeraltı infrastrukturun işlək vəziyyətdə saxlanılması, nasos stansiyalarının fəaliyyəti və bu prosesdə çalışan böyük komandanın xərclərinin ödənilməsidir. Tariflər məhz bu istismar və əməliyyat xərclərinin qarşılanmasına xidmət edir".

Ə. Şirinov əlavə edib ki, tarif siyasətində yalnız istismar deyil, həm də böyük investisiya qoyuluşları nəzərə alınmalıdır: "Bakıda və Abşeron yarımadasında, regionlarda, o cümlədən Qarabağda bərpa dövründə iri yatırımlar tələb olunur. Bu xərclər ayrıca hesablanır və Tarif Şurası onları qiymətləndirir. Biz qiymət əsaslandırmalarımızı Şuraya təqdim edirik və burada həm inkişaf strategiyamız, həm də dayanıqlı inkişaf hədəflərimiz nəzərə alınır".

O vurğulayıb ki, differensiallaşma qiymət artımı anlamına gəlməməlidir: "Əsas məqsəd aşağı gəlirli təbəqəni qorumaq və sosial ədaləti təmin etməkdir. Tariflərin düzgün əsaslandırılması dayanıqlı inkişafın, müasirləşmənin və səmərəli istifadənin təmin olunmasına xidmət edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
7
redaktor.az

9Mənbələr