AZ

İsrail 4 aktivisti deport etdi Foto

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Qəzza blokadasını pozmağa çalışan Qlobal Sumud Donanmasının 42 gəmisindən tutulan 470-dən çox aktivistdən dördü İsraildən deportasiya olunub.

Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

“HƏMAS-Sumud təxribatını sona çatdırmaq və iştirakçıların deportasiya prosesini yekunlaşdırmaq üçün tədbirlər davam etdirilir.

Dörd italyan vətəndaşı artıq deportasiya olunub, qalanlar üçün də proses davam edir. İsrail bu proseduru ən qısa zamanda bitirməyə çalışır”, - nazirlik qeyd edib.

Nazirlik dünən İsrailə gətirilən isveçli fəal Qreta Tunberq və digər aktivistlərin şəkillərini paylaşaraq, “hamısı sağlam və təhlükəsizlikdədir” açıqlamasını verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
axar.az

2Mənbələr