AZ

Ahmad Gozal “SABİS” prezidentini qəbul etdi

“Azersun Holding”in Müşahidə Şurasının sədri Ahmad Gozal “Sabis” Beynəlxalq Məktəbinin prezidenti  Karl Bistani ilə görüşüb.

 

Şirkətlər qrupunun qonağı olan xarici qonaqla Bakıda fəaliyyət göstərən “Sabis SUN” məktəbində görülən işlər müzakirə edilib.

 

 “Dreamland” kompleksində fəaliyyət göstərən adıçəkilən özəl təhsil müəssisəsinin fəaliyyəti üçün əməkdaşlığın sıxlaşdırılmasının vacibliyi qeyd edilib.

 

Eyni zamanda 10 illik fəaliyyət müzakirə edilərək, potensialların dəyərləndirilməsinə qərar verilib.

 

Qeyd edək ki, “Sabis” dünyanın 20 ölkəsində mövcuddur və 70 mindən artıq tələbə yüksək səviyyəli təhsillə təmin edilir.

 

Ölkəmizdə bu məktəb 2015-ci ildən “Azersun Holding”in tərəfdaşlığı ilə fəaliyyət göstərir.

Tarix: 3 Oktyabr 2025, 15:17   
Seçilən
7
13
pravda.az

10Mənbələr