Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, şəhər ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü A.Nəsirovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"