AZ

Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qadınlar arasında qılıncoynatma üzrə yarışlar davam edir.

Hafta.az xəbər verir ki, Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb.

Şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya məğlub olub.

Bununla da idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Seçilən
25
1
hafta.az

2Mənbələr