AZ

MKE-nin Monqolustanda qurduğu patron istehsal xəttinin açılışı olub

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti əsrlərə dayanan təcrübəsini və inkişaf etmiş istehsal imkanlarını müttəfiq ölkələrə ötürməyə davam edir.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət tərəfindən Monqolustanda quraşdırılması tamamlanan patron istehsal xətti Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Monqolustanın müdafiə naziri Damda Batlut və MKE-nin baş direktoru İlhami Keleşin iştirakı etdiyi mərasimlə açılıb.

Açılışdan sonra müxtəlif kalibrlərdə patronların istehsal ediləcəyi müəssisəyə baxış keçirilib.

İordaniyanın ardınca Monqolustanda da patron istehsal xəttinin quraşdırılmasını tamamlayan MKE, hazırda 8 fərqli ölkədə güllə, silah montajı və sursat doldurma-montaj xəttinin yaradılması üçün fəaliyyətlərini davam etdirir.

Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan MKE, müxtəlif qitə və ölkələrdə quracağı montaj və istehsal xətləri ilə həm regional təhlükəsizliyə töhfə verir, həm də iqtisadi əməkdaşlıq sahələrini genişləndirir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

a0ae1a77

349d1e3f

a33a386f

2895a4f1

Seçilən
19
poliqon.az

1Mənbələr