AZ

Paşinyanın partiyasından SON DƏQİQƏ SÜLH açıqlaması

"Sülh artıq faktdır, çünki Azərbaycan və Ermənistan liderləri razılığa gəlib, sülh sazişini paraflayıblar".

Olaylar.az xəbər verir ki, bu barədə hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Sarkis Xandanyan bildirib.

Bununla belə, deputatın sözlərinə görə, sülh bir prosesdir və o, təkcə bir hadisə ilə məhdudlaşmır.

"Bir sıra addımlar atılmalıdır. Bunlara yekun imzalanma, həmçinin sülh sazişinin ratifikasiyası daxildir", - deyə Xandanyan qeyd edib.

Erməni deputatın sözlərinə görə, Azərbaycanın daimi ilkin şərti Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi olub.

O vurğulayıb ki, sülh yalnız fakt kimi qala bilməz. Onu danışıqlar yolu ilə daim qoruyub saxlamaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
2
olaylar.az

3Mənbələr