AzVision.az xəbər verir ki, bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
“Rusiya Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Xarici İşlər nazirliyi ilə razılaşdırdığı Rusiya Federasiyasının Kənd Təsərrüfatı nazirliyi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması ilə bağlı danışıqların aparılması təklifi qəbul edilsin”,- sərəncamda deyilir.
Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanın Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov rusiyalı həmkarı Oksana Lut ilə danışıqlar aparıb. Tərəflər kənd təsərrüfatı sektorunda əməkdaşlığın inkişafını, ikitərəfli kənd təsərrüfatı ticarətinin artırılmasını, kənd təsərrüfatı sahəsində təhsil və tədqiqatlar sahəsində birgə işlərin intensivləşdirilməsini müzakirə ediblər.
2024-cü ildə pul ifadəsində Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünün əsas hissəsini buğda təşkil edib:Kənd Təsərrüfatı nazirliyinin məlumatına görə, illik ixrac 1 milyon tondan artıqdır.
- Rusiya Azərbaycan bazarının taxıl idxalına olan tələbatını ödəməyə davam etməyə hazırdır”,- Rusiyanın Kənd Təsərrüfatı naziri Oksana Lut vurğulayıb.
Tərəflər həmçinin sertifikatlaşdırılmış baytarlıq preparatlarının tədarükü perspektivlərini, genetika və seleksiya sahəsində əməkdaşlığı da müzakirə ediblər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta