AZ

"Saloğlu"nun əməkdaşları saxlanıldılar - Onminlərlə manat mənimsəmə

 

 

Azərbaycanda fəaliyyət göstərən şirkətin üç əməkdaşı məsuliyyətə cəlb olunub.

 

"Saloğlu Kommersiya" MMC-nin əməkdaşları Məhəmməd Məmmədov, Gülşən Xəlifəyeva və Nicat Həbibov adıçəkilən şirkətin 179 min manatını mənimsəməkdə təqsirləndirilirlər.

 

Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslərdən Nicat Həbibov və Gülşən Xəlifəyeva barəsində həbs qətimkan tədbiri seçilib.

 

Məhkəmənin qərarı ilə digər təqsirləndirilən Məhəmməd Məmmədov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

 

Oxu.az

Tarix: 3 Oktyabr 2025, 16:20   
Seçilən
12
6
pravda.az

8Mənbələr