
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalı təmin edib.
Reyting.az xəbər verir ki, buna karateçilər Mədinə Sadiqova ilə Nəzrin Piriyevanın (hər ikisi 55 kq) finala yüksəlməsi səbəb olub.
Budan əlavə, Fərid Savadov (60 kq) da adını həlledici döyüşə yazdırıb.
Qeyd edək ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.