AZ

AK noyabrın ortalarında Aİ-nin hərbi mobillik strategiyasını təqdim edəcək - ÖZƏL

Avropa Komissiyası (AK) noyabr ayının ortalarında hərbi mobilliyə dair yeni strategiyanı təqdim edəcək. Olaylar.az xəbər verir ki, Euronews telekanalının məlumatına görə, sənədin əsas məqsədi Qərbdən Şərqi Avropaya hərbi qüvvələrin sürətli və maneəsiz hərəkətini təmin etməkdir. Strategiyada 500 prioritet nəqliyyat dəhlizinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Burada dəmir yolları, avtomobil magistralları, liman körpüləri, körpülər və tunellər kimi infrastrukturun modernləşdirilməsi planlaşdırılır. Hədəf - istənilən ağır hərbi texnikanın ölçü və çəki məhdudiyyətlərinə rast gəlmədən sərbəst hərəkətini təmin etməkdir. Avropa Komissiyasının hesablamalarına görə, ilkin mərhələdə bu məqsədlər üçün 70 milyard avro investisiya tələb olunacaq.
Məlumatda qeyd olunur ki, həmin dəhlizlər Ukraynadakı münaqişə fonunda və eləcə də "böyükmiqyaslı hərbi qarşıdurma" vəziyyətində istifadə edilə bilər. Bu halda Qərbi Avropadan Şərqə qoşunların, həmçinin ABŞ ekspedisiya qüvvələrinin sürətli yerləşdirilməsi mümkün olacaq.
Fransız generalın sözlərinə görə, hazırda Avropa daxilində hərbi texnikanın daşınması üçün tranzit ölkələrindən icazə almaq bəzən 10 gün çəkir. O, bu müddəti "qəbuledilməz" adlandıraraq, yeni strategiyanın bu cür gecikmələrin qarşısını almalı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr