AZ

Azərbaycanda ölüm hökmü bərpa olunacaq? KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda ölüm cəzası 1998-ci ildə ləğv olunub. Bəs, hazırda qanunvericilikdə onun bərpası tamamilə mümkünsüzdürmü?

Hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, ölkəmizin üzv olduğu beynəlxalq konvensiyalar ölüm hökmünün ləğvini nəzərdə tutur və bu, Azərbaycan qanunvericiliyində də əksini tapıb.

“Gələcəkdə cinayətlərin sayının kəskin artması və gözlənilməz hadisələr baş verməsi halında ölüm cəzasının bərpası üçün təşəbbüslər ola bilər, lakin bu ehtimal cəmi 10 faizdir.

90 faiz ehtimalla isə beynəlxalq qanunvericilik və konvensiyalar bu ssenarini məhdudlaşdıracaq”, — deyə hüquqşünas əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
konkret.az

2Mənbələr