AZ

Seymur Orucov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov 2025-ci il oktyabr ayının qrafiki üzrə vətəndaşların növbəti səyyar qəbullarını Kolxəlfəli və Eynallı kəndlərində keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri və yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. 

RİH başçısı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda keçirilən səyyar qəbulların əhəmiyyətinə toxunaraq qeyd edib ki, başlıca məqsəd dövlət siyasətinin əsas istiqamətlərindən olan yerlərdə əhalinin sosial rifahının diqqətdə saxlanılması və vətəndaşların məmnunluğunun təmin edilməsindən ibarətdir. Diqqətə çatdırılıb ki, hər bir vətəndaş yaşadığı ünvanı tərk etmədən mobil cihazları vasitəsi ilə rahat şəkildə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da istənilən məzmunlu müraciətini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilər. 

Səyyar qəbullarda vətəndaşların qaldırdıqları məsələlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib. 

 

Seçilən
4
3
unikal.az

4Mənbələr