AZ

Estoniya dron əleyhinə divar tikməyi planlaşdırır

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

 Estoniya 2027-ci ilin sonuna kimi pilotsuz təyyarələrə qarşı"divar sistemi hazırlayacaq,.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir Kristen Mixal açıqlama verib.

Onun sözlərinə görə, dron əleyhinə divar prioritetdir:

"Müttəfiqlərin şərq sərhədimizi möhkəmləndirmək üçün çox yaxşı siyasi dəstəyi var, bizim çoxlu tərəfdarlarımız var. Növbəti Şurada konkret qərarlar və dəqiq müddətlər verilməlidir. Estoniya 2027-ci ilin sonuna qədər öz sistemlərini inkişaf etdirəcək, lakin biz gələn il ilk həll yollarını müəyyən edəcəyik".

O qeyd edib ki, bütün bunlar Avropa İttifaqından həmrəylik və maliyyə dəstəyi tələb edir. Daha sürətli tədarükləri və daha yaxşı qiymətləri təmin etmək üçün NATO planlarına əsaslanaraq müdafiə təchizatı sahəsində daha sıx əməkdaşlıq edilməlidir.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
2
bakivaxti.az

3Mənbələr