Lənkəran Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Xankişiyev 5 il azadlıqdan məhrum edilib. Hökmə görə, o, 3 il avtomobil idarə etmək hüququndan məhrum olunub.
Xatırladaq ki, hadisə ötən il baş verib. "Hyundai" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta