AZ

İnvestisiya şirkətlərinin balans göstəriciləri azalıb

Bakı. Trend:

Cari ilin ilk yarısı ərzində investisiya şirkətlərinin balansgöstəricilərində azalma müşahidə olunub.

Trend-inAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2024-cüilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 23%(42 milyon manat) azalaraq 140 milyon manat, öhdəlikləri isə 33%(42 milyon manat) azalaraq 86 milyon manat təşkil edib. İnvestisiyaşirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsasamil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları)həcminin azalması olub.

Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivlərigenişlənib. Cari ilin ilk yarısı ərzində investisiya şirkətlərininmüştəri aktivləri 23% (450 milyon manat) artaraq 2.4 milyard manataçatıb. Müştəri aktivlərində artımın əsas drayveri xarici bazardabroker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləriüzrə müştəri aktivləri 31% (513 milyon manat) artaraq 2.1 milyardmanat təşkil edib.

İnvestisiya şirkətlərinin xalis mənfəətində azalma müşahidəedilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-cüilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti67% (2.9 milyon manat) azalaraq 1.5 milyon manat olub. İnvestisiyaşirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillərartan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə,inzibati xərclər olub.

Qeyd edlib ki, investisiya şirkətlərinin kapital mövqeyi komfortzonadadır. 2025-ci ilin ilk yarısının sonuna olan məlumatlaraəsasən sektor üzrə məcmu kapital 52.8 milyon manat, tələb olunankapital isə 7.4 milyon manat təşkil edib ki, bu da investisiyaşirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasınışərtləndirir.

Seçilən
59
az.trend.az

1Mənbələr