AZ

Paşinyanın müharibə kartları açılır: Bakı öz təyyarəsi ilə silah daşıyan Nikolla bağlı nə qərar verəcək?

44 günlük müharibə dövründə Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi ilə silah daşındığı faktı üzə çıxıb. Bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan müsahibəsində açıqlama verib. Bəs, bu faktlar Azərbaycan-Ermənistan sülh danışıqlarına necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Züriyyə Qarayeva bildirib ki, bu fakt həm Ermənistan daxilində siyasi müzakirələrə, həm də regiondakı sülh prosesinə təsirsiz ötüşməyəcək:

Rus

“Əvvəla, Paşinyanın müharibə dövründə atdığı addımların qanunauyğunluğu və şəffaflığı ilə bağlı suallar yaranır. Ermənistan cəmiyyətində belə məlumatlar hakimiyyətin legitimliyinə və etimadına mənfi təsir göstərə bilər. Azərbaycan-Ermənistan sülh danışıqları fonunda isə Bakı bu faktı gündəmə gətirərək mövqeyini gücləndirər. Eyni zamanda, beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın müdafiə mövqeyində olması iddiası da zəifləyir”.

Politoloqun sözlərinə görə, məlumat tərəflər arasında etimad böhranı yaradaraq danışıqların gedişini çətinləşdirir. Lakin uzunmüddətli perspektivdə bu cür faktların üzə çıxması Paşinyanı sülh razılaşmasına getməyə daha çox məcbur edə bilər:

“Çünki müharibədəki səhvlərin açılması Paşinyanı daxili siyasətdə zəiflədərək güzəştlərə daha açıq vəziyyətə salır. Nəticə etibarilə, sözügedən fakt danışıqlarda həm siyasi təzyiq elementi, həm də etimad böhranı yaradan amil kimi çıxış edə bilər”, – deyə Züriyyə Qarayeva vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr