AZ

“Gül bağı” restoranında nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları vətəndaş müraciəti əsasında Şirvan şəhərinin 1 May küçəsində yerləşən, sahibkar Cavid Qardaşxan oğlu Seyfullayeva məxsus “Gül bağı” restoranında yoxlama aparıblar.

Bu barədə Publika.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Seçilən
2
5
publika.az

6Mənbələr