AZ

"Real Madrid" artıq Teylor Sviftin mahnısındadır: Yeni albomda böyük SÜRPRİZ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur müğənni Teylor Svift yeni albomunda ilk dəfə bir idman klubunun adını çəkib. Belə ki, onun "The Life of a Showgirl" adlı albomundakı "Wi$h Li$t" mahnısında "Real Madrid"lə müqavilə istəyirlər" ifadəsi keçir.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, ifaçının bu addımına səbəb 2024-cü ilin mayında Madridin "Santyaqo Bernabeu" stadionunda verdiyi böyük konsertidir.
"130 min tamaşaçı toplayan möhtəşəm tədbir Sviftin yaddaşına dərin iz buraxıb", - deyə mənbədən bildirilib.
Qeyd edək ki, məşhur müğənni mahnılarında ilk dəfə bir idman komandasının adını çəkir.
Yeri gəlmişkən, Teylor Sviftin idmanla əlaqəsi şəxsi həyatına da uzanır. Müğənni ötən avqust ayında NFL oyunçusu Trevis Kelsi ilə nişanlandığını elan edib. Müğənninin sevgilisi hazırda formasını geyindiyi "Kansas City Chiefs" ilə üç "Super Bowl" qazanıb.
Seçilən
4
1
oxu.az

10Mənbələr