Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Moskva, 3 oktyabr, AZƏRTAC
Rusiyanın AN-2 təyyarəsi Krasnoyarsk diyarının cənubunda sərt eniş edib, nəticədə iki pilot həlak olub. Bu barədə Dövlətlərarası Aviasiya Komitəsi məlumat yayıb.
AZƏRTAC regional prokurorluğa istinadla xəbər verir ki, təyyarədə iki nəfər olub. İlkin məlumata görə, təyyarə “Borus” MMC-yə məxsusdur. Qəzaya uğrayan təyyarə 53 il istismarda olub.
Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsi qəza ilə bağlı cinayət işi açıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.