Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda aralarında hərbçi də olmaqla, 4 nəfər dövlətə xəyanətdə ittiham olunur.
Bizimyol.info xəbər verir ki, onlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi üzrə toplanmış materiallar artıq Bakı Hərbi Məhkəməsinə daxil olub.
Qeyd edək ki, həmin şəxslər bir müddət əvvəl həbs ediliblər. Məlumata görə, onlar xarici xüsusi xidmət orqanının nümayəndələrinə yardım edərək casusluq formasında dövlətə xəyanətdə ittiham olunur. Bu ittihamla İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb edilib. Onlardan Vüsal Ağayev hərbçidir.
DTX tərəfindən davam etdirilən tədbirlər zamanı daha iki nəfər - Tural Alıyev İordaniyada, Məmməd Şərifov isə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.