AZ

III MDB Oyunları: Azərbaycan karateçiləri bu gün 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar - Yenilənib

Azərbaycan III MDB Oyunlarında növbəti medallarını qazanıb...

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Mədinə Sadiqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (kata) qızıl mükafata sahib çıxıblar.

Fərid Savadov (60 kq) ilə Nəzrin Piriyeva (55 kq) finalda uduzaraq gümüş medal əldə ediblər.

İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.

***

Azərbaycan karateçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıblar.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq), Roman Heydərov (kata) adını bu raunda yazdırıb.

İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.

***

Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalı təmin edib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, buna karateçilər Mədinə Sadiqova ilə Nəzrin Piriyevanın (hər ikisi 55 kq) finala yüksəlməsi səbəb olub.

Budan əlavə, Fərid Savadov (60 kq) da adını həlledici döyüşə yazdıra bilib.

Poliqon.info

Seçilən
4
3
poliqon.info

4Mənbələr