AZ

Manukyan sirləri açdı: Paşinyan Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirmək üçün...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Ermənistanın müasir tarixində ilk dəfə yüksək rütbəli din xadimi həbs cəzası alıb. Hakim Armine Meliksetyan Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı iki il müddətinə azadlıqdan məhrum edib. Lakin o, hökmü elan etməyə tələsərkən səhvə yol verib və “hökumətin devrilməsi üçün ictimai çağırışlara” istinad etmək əvəzinə, “qanunsuz sahibkarlıq fəaliyyətində iştirak” maddəsinə diqqət çəkib”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” blokunun deputatı Qeqam Manukyan deyib.

“Hökm müxalif siyasətçilərin sərt reaksiyasına səbəb olub. İstintaq Komitəsinin rəhbəri, baş prokuror və digər məmurlar, eləcə də baş nazirin yanında olan məhkəmə sistemi Nikol Paşinyanın siyasi sifarişlərini yerinə yetirir. Hakimiyyətə sözü ağır olan, cəmiyyət tərəfindən qəbul edilən bütün vətənpərvərlərin həbsə atılması və susdurulması lazımdır. Bu, birinci haldır, amma sonuncu deyil. Ardınca partiyalara qarşı kampaniyalar başlayacaq və onlara qarşı qadağalar baş verəcək ki, balaca fürer qorxduğu seçkilərə hazırlaşsın. Sonra da Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirməyə davam etsin”, – Manukyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr